Qadin.NET / Hava haqqında - 26.12.2013

Hava haqqında - 26.12.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Temperatur gecə 0-4° isti, gündüz 6-11° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 13-18° şaxta, gündüz 4-9° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperatur gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur. Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-4° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1-6° isti olacaq.

Mənbə: Milli.Az

26 dekabr 2013
GO BACK