Kia və Hyundai şirkətlərinin Amerika bölməsi sürücülərə yalan məlumat verdiyi üçün ziyana düşüb. Şirkətlər bəyan ediblər ki, yanacaq sərfiyyatı ilə bağlı alıcılara yalnış məlumat verdikləri üçün 395 milyon dollar məbləğində təzminat ödəməyə hazırdırlar. Ayrılmış pullar avtomobil sahiblərinə qaytarılacaq. Maşın istehsalçıları etiraf ediblər ki, 2012-ci ilin noyabr ayından yalnış məlumat veriblər. O vaxt Amerikanın ətraf mühitin mühafizəsi agentliyi Koreya istehsalı olan avtomobillərin 13 ədəd modelinin rəsmi texniki göstəricilərində səhvlər aşkarlamışdılar. Artıq yanacaq sərfiyyatı 100 km məsafəyə 0,4 litrdən 1,7 litrə qədər artıq olub. Bəzi məlumatlara görə, bu məsələlərdə Kia Rio və Soul avtomobilləri rekordçu sayıla bilər. Şirkət rəsmi sənədlərdə yanacaq sərfiyyatı göstəricilərini bilərəkdən 10-15% aşağı göstərib. Agentlik məhkəmə vasitəsi ilə şirkətlərdən tələb ediblər ki, nəzərdə tutmadıqları yanacaq sərfiyyatına görə təzminat ödənilsin. Rəsmi qurumlar da həmin şirkətlərə qarşı iddia qaldırıblar. Şirkətlər reklam qanunvericiliyinin və sağlam rəqabət prinsiplərini pozublar. Əldə olunmuş razılığa əsasən, 600 min Hyundai sahibi, 300 min Kia sahibi təzminat alacaq. Reuters agentliyinin məlumatına görə isə burada söhbət 2011-2013-cü illər ərzində istehsal olunmuş maşınlardan gedir.
Mənbə: Milli.Az