Qadin.NET / Xaçmazda Əziz Əliyev Muzeyinin açılışı oldu

Xaçmazda Əziz Əliyev Muzeyinin açılışı oldu

 

Mərkəzdə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 100-ə yaxın foto və rəsmi sənədlər toplanıb Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmazda Əziz Əliyev Muzeyinin açılış mərasimi keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ardından qonaqlar ümummilli liderin adını daşıyan mərkəzlə tanış olublar. Daha sonra Xaçmazda inşa edilən Əziz Əliyev muzeyinin açılışına həsr olunan tədbir keçirilib. Mərasimə Dağıstan Respublikasından gələn 30 nəfərlik nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın yüksək rütbəli dövlət xadimləri, millət vəkilləri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri qatılıb. Bildirilib ki, Əziz Əliyev özünün çoxcəhətli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvollarından birinə çevrilib. Bu dostluq illər ötdükcə daha da möhkəmlənib. Ardından tədbir iştirakçıları muzeyin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Əziz Əliyev Muzeyinin inşasına bu ilin avqust ayında başlanılıb. 220 kv.m sahəsi olan muzey 1 zal, 2 otaqdan ibarətdir. Mərkəzdə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 100-ə yaxın foto və rəsmi sənədlər toplanıb. Muzeylə tanış olan tədbir iştirakçıları mərkəzin xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkili çəkdirib.

Mənbə: Milli.Az



 

25 dekabr 2013
GO BACK