Qadin.NET / Təzə doğulmuş uşaqlar üçün maşın - FOTO

Təzə doğulmuş uşaqlar üçün maşın - FOTO

 

Volkswagen şirkətinin çex bölməsi up! yığcam avtomobilinin xüsusi olaraq təzə doğulmuş uşaqlarla anaları üçün xüsusi modifikasiysıanı yeganə nüsxədə hazırlayıb. Milli.Az 4charx.com-a istinadən bildirir ki, beşqapılı avtomobilin salonunda qabaq sərnişin kreslosunu kiçik butulkalar, oyuncaqlar və başqa xırda şeylər qoymaq üçün bölmələri olan xüsusi masa ilə əvəz ediblər. İkinci sırada isə uşaq kreslosu yerləşdirilib. up! konseptual versiyasının interyerinə Carlex Design firmasının mütəxəssisləri tərəfindən çəhrayı və bej rəngli dəridən üz vurulub. Yeni avtomobilin kuzovuna WrapStyle şirkətinin hazırladığı çəhrayı nazik təbəqə çəkilib, təkər disklərini və şinləri müvafiq olaraq OZ və Pirelli təqdim edib. Hal-hazırda maşın yalnız şou-kardır. Onun seriya istehsalı planlaşdırılmır.
Mənbə: Milli.Az


 

25 dekabr 2013
GO BACK