Qadin.NET / "Qalatasaray"ın qisasını "Trabzonspor"dan alacağıq"

"Qalatasaray"ın qisasını "Trabzonspor"dan alacağıq"

 

"Yuventus"un futbolçusu Arturo Vidal avrokuboklardakı mübarizələrindən danışıb. Futbolinfo.az xəbər verir ki, çilili yarımmüdafiəçi hələ də Çempionlar Liqasında "Qalatasaray"a məğlub olmalarının üzüntüsünü yaşadıqlarını bildirib:"Çempionlar Liqasında mübarizəni dayandırmağımız karyeramda ən məyusedici hadisə oldu. Bizim ilk turlarda mübarizəni dayandıracaq yox, kuboku qazana biləcək bir heyətimiz var idi. "Qalatasaray"a uduzduğumuz üçün hələ də təəssüflənirəm".O, "Trabzonspor"la qarşılaşacaqları Avroliqa oyununu da dəyərləndirib: "Avroliqanın final oyunu Turində keçiriləcək. Bu, bizi finala çıxmağa bir qədər də sövq edir. Qisasımızı "Trabzonspor"dan almalıyıq”.Qeyd edək ki, "Yuventus" -"Trabzonspor" qarşılaşması 2014-cü il fevralın 20-də baş tutacaq.
Mənbə: Milli.Az
25 dekabr 2013
GO BACK