Qadin.NET / Papalar ilk dəfə təbrikləşdilər

Papalar ilk dəfə təbrikləşdilər

 

Roma Katolik Kilsəsinin lideri, Papa 16-cı Benediktin qəflətən postundan istefa verməsindən sonra tarixində ən nadir hadisələrdən birini yaşamış Vatikanda daha bir "ilk" olub. İndiki Papa sələfini Milad Bayramı münasibətilə təbrik edib.Mill.Az AHT-yə istinadən bildirir ki, fevral ayında taxtından könüllü enən və o vaxtdan bəri Vatikandakı monastırda guşənişin həyat yaşayan 86 yaşlı 16-cı Benediktə Papa 1-ci Fransisk baş çəkib, onu Milad Bayramı münasibətilə təbrik edib.Roma Katolik Kilsəsinin tarixində ilk dəfə olaraq bu görüşdə əvvəlki və indiki papaların ikisi də rəsmi geyimdə idilər.Monastırda birlikdə dua edən sələf 16-cı Benedikt və onun xələfi 1-ci Fransisk səmimi söhbətləşiblər.
Mənbə: Milli.Az
25 dekabr 2013
GO BACK