"Azərbaycanda osteogen sarkomanın (sümüyün bədxassəli şişi) yeni kompleks müalicə texnologiyası hazırlanıb".Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən tibb elmləri doktoruAbuzər Qazıyev bildirib.A.Qazıyev deyib ki, sümük sarkomalarının müalicəsinin təkmilləşdirilməsi istiqamətində aparılan elmi tədqiqat işləri nəticəsində bu xəstəliklərin müalicəsinə baxış kökündən dəyişib:"Kompleks müalicə proqramında müasir onkologiyada ən mürəkkəb cərrahi əməliyyatlar hesab edilən iri oynaqların rezeksiyası və endoprotezləşdirilməsi, rotasian plastika, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya və rezeksiya əməliyyatlarının və metastazvermənin qarşısını alan effektiv neoadyuvant kimyəvi terapiya rejimlərinin tətbiqi sayəsində bu şişlərin müalicəsinin nəticələri xeyli yaxşılaşıb. Nəticədə sümük sarkomaları olan xəstələrdə həm zədələnmiş sümüyün geniş seqmentar rezeksiyası və oynağın endoprotezləşdirilməsi həcmində saxlayıcı əməliyyatların mümkünlüyünü sübut edildi, həm də metaztazsız yaşama müddətinin perspektivləri açıldı".A.Qazıyev bildirib ki, birincili sümük şişləri ilə xəstələnmə dünyada əhalinin hər 100 min nəfəri arasında 1-3 nəfərdə təsadüf edilir.Onun sözlərinə görə, sümük sarkomalarının çoxu yaşı 30-dan az olan insanlarda rast gəlinir. Sümüklərin bədxassəli şişlərinə qadınlara nisbətən kişilərdə 1,5-2 dəfə çox rast gəlinir.AMEA-nın Bilologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib ki, sümük şişlərinin müalicəsi sahəsində dünya təcrübəsi ötən əsrin ortalarından başlayaraq böyük təkamül yolu keçib və Azərbaycanda da bu istiqamətdə bir sıra tədqiqatlar aparılıb, mühüm nəticələr əldə edilib. Daha çox uşaq, yeniyetmə və gənclərdə rast gəlinən bu xəstəliyin müalicəsində cərrahi, şüa, kimyəvi terapiya, kombinə edilən və müxtəlif kompleks metodlardan istifadə olunur.Yeni uğurların mahiyyətindən danışan Ə.Əmiraslanov deyib ki, əvvəllər sümük şişlərindən əziyyət çəkən xəstələrin ətrafları amputasiya olunurdu. İndi isə xəstələr ətrafları amputasiya edilməməklə yanaşı, onlar öz ayaqları üzərində gəzə də bilirlər. Belə xəstələrin 100-dən 71-nin yaşamaq şansı artır.Alim onu da qeyd edib ki, ABŞ-da xəstələr həkimə xəstəliyin erkən mərhələsində müraciət etdiyi halda, Azərbaycanda gec müraciət edirlər.
Mənbə: Milli.Az