Qadin.NET / AMEA işçilərinin attestasiyadan keçiriləcəyi tarix açıqlandı

AMEA işçilərinin attestasiyadan keçiriləcəyi tarix açıqlandı

 

Azərbaycan Milli Elmlər Akademiyasında çalışan (AMEA) 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, 60 yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq.Trend-in məlumatına görə, AMEA prezidenti Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, bununla yanaşı, gələn il fevralın 1-dən aprelin 30-dək AMEA işçilərinin attestasiyası keçiriləcək.Akademiya prezidenti bildirib ki, yeni işçilərin işə qəbulu bir qayda olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcək:"Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi ilə bağlı bəzi müddəalar bir-biri ilə ziddiyyət təşkil edir. Bu da AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır".
Mənbə: Milli.Az
25 dekabr 2013
GO BACK