Qadin.NET / Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib

Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib

 

Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib
İstanbulda "Çırağan" sarayında "İlham: Bir Prezidentin Portreti" adlı kitabın təqdimat mərasimindən əvvəl qonaqlar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən hazırlanan "Azərbaycan-İslam mədəniyyətinin incisi" adlı fotosərgi ilə tanış olublar.DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezidentİlham Əliyevin doğum gününə həsr edilmiş sərgidə Azərbaycanda milli-mənəvi dəyərlərin, tarixi irsin qorunması, dövlət başçısı tərəfindən tarixi məscidlərin bərpası və yeni məscidlərin inşası ilə bağlı aparılan geniş fəaliyyət əksini tapıb.Sərgidə, həmçinin ölkəmizdə İslam memarlığının, İslam dininin yayılmasını tərənnüm edən tarixi məscidlərimizlə yanaşı, son 20 il ərzində 17-dən 1700-ə çatmış tarixi və yeni məscidlərin, o cümlədən Cənubi Qafqazın ilk məscidi, 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı erməni daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılaraq yerlə-yeksan edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən bərpa edilərək yenidən qurulmuş və bu ilin may ayında təntənəli açılışı olmuş Şamaxı Cümə məscidi kimi həm tariximizin, həm milli irsimizin, həm də milli təfəkkürümüzün qorunmasını əks etdirən ibadət evlərinin fotoları yer alıb.Sərgi Türkiyə və digər ölkələrdən dəvət olunmuş ictimai-siyasi xadimlər - Türkiyənin millət vəkilləri, media nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib

 

 

 

Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib

 

 

 

Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib


Mənbə: Milli.Az

 

25 dekabr 2013
GO BACK