“Ümumilikdə dişləmələrin 13198 it, 1235-i isə pişiklərin payına düşür. 626 nəfər isə siçovulların hücumuna məruz qalıb. Dişləmələrin 337-si isə tülkü, canavar, çaqqal, eləcə də ev heyvanları at, inək, it və digər heyvanlar tərəfindən baş verib. Ən çox heyvan dişləmələri və quduzluq Şimal bölgəsində müşahidə olunub. Ötən ilin 5 ayı ərzində heyvan dişləmələrindən dörd ölüm hadisəsi baş vermişdisə, bu il belə fakt, hələ ki, qeydə alınmayıb”.Rita İsmayılova onu da bildirdi ki, təkcə Bakıda 4387 nəfəri heyvan dişləyib. Şöbə müdirinin dediyinə görə, heyvan dişləmələri ötən illə müqayisədə 4,5 % azalıb.Dişləmələrdən qorunmaq üçün profilaktik tədbirlərin görülməsini zəruri hesab edən Rita İsmayılova bu il dişləmələrdən ölüm hadisəsinin olmadığını bildirdi.“Dişləmələrdən qorunmaq üçün mütləq vaksinasiya aparılmalıdır. Dişləmələr olduqda dərhal həkimə müraciət etməlidirlər. Heyvan dişləməsi zamanı quduzluğa yoluxan şəxs öldüyündən yeganə profilaktik müalicə vaksinasiyadır. Vaksinasiya isə mərkəzləşdirilmiş formada aparılır. Odur ki, sakinlərin vaxtında vaksin qəbul etməyi vacibdir”.
Mənbə: Milli.Az