Qadin.NET / 19 yaşlı gənc elə rekord vurdu ki..

19 yaşlı gənc elə rekord vurdu ki..

 

Şimal Qütbünə yollanmış ekspedisiyalara 3 dəfə qatılmış Parker Lioto indi yeni rekord vurub. O, Antarktidanın sahillərindən Cənub Qütbünə qədər piyada yollanan və qütbə çatan ən gənc səyyah olub. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Willis" şirkətinin təşkil etdiyi "Willis Resilience Expedition"un tərkibində rekorda nail olmuş Lioto hələ 15 yaşında Şimal Qütbünü fəth etmişdi. Antarktidadakı ekspedisiyanın başlıca məqsədi dünyanın diqqətini qlobal iqlim dəyişikliklərinə cəlb etməkdi. "Willis Resilience Expedition" dekabrın 3-də Antarktidada Ross Ays şelfində başlamışdı. Yunion Qleyzerə təyyarə ilə yollanan Parker və komandası 2800 kilometrlik məsafəni "İce Broker" avtomobilində qət ediblər. 2,6 ton ağırlığındakı avtomobili İslandiyadakı "Arctic Trucks" şirkəti istehsal edib. Maşın Toyota Hilux-un bazasında yaradılıb. Ekspedisiyanın ən mühüm hissəsini komanda piyada qət edib. Belə ki, ekspedisiya Leverentt Qleyzerə çatandan sonra Parker və onun komanda yoldaşı Dak Staum heyətin digər üzvlərindən ayrılaraq Cənub Qütbünə xizəklə yollanıblar.
Mənbə: Milli.Az
25 dekabr 2013
GO BACK