Rusiya paytaxtında yüz ilin ən anomal havası hökm sürür. Moskvada son 100 ilin temperatur rekordu təzələnib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün saat 14:00-da +3,5 dərəcə temperatur qeydə alınıb. Moskva üçün bu dəfəki anomal istilik 1910-cu ildə qeydə alınmış istilikdən 0,4 dərəcə çoxdur. Bununla belə, dəqiq temperatur maksimumu günün sonuna yaxın bilinəcək. Dekabr ayı nə şaxtası, nə də qarı ilə moskvalıları sevindirmir. Hava durumu noyabr ayını xatırladır.
Mənbə: Milli.Az