Keniyadakı həbsxanalardan birində saxlanan məhbusa dövlət başçısının imzaladığı fərmanda adını görməyəndə sinirlənib, çılğına dönüb. O, bıçağı götürərək cinsi orqanını kəsib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Frensis Karuri əvvəlcə həbsxananın tibbi hissəsinə, sonra isə Kenyatta Nation Hospital-a aparılıb. İnsidentdən 13 saat keçdiyinə görə, həkimlər onun cinsi orqanını yerinə tikə bilməyiblər.Karuri xəstəxanada polisə deyib: "Əfv fərmanında adım yoxdu. Kameradakı başqa məhbuslar da məni ələ salmağa başladılar, "burada öləcəksən, sənə cinsi orqan da artıq gərək olmayacaq" dedilər. Mən də çılğına döndüm və cinsi orqanımı kəsdim".Keniyadakı Uhuru bayramı ilə əlaqədar olaraq F.Karurinin cəza çəkdiyi həbsxanada 50 məhbus əfv edilərək azadlığa buraxılıb.Qətl və qarətlərdə suçlanaraq ömürlük həbs cəzası almış Frensis Karurinin adı, gerçəkdən də, prezident Uhuru Kenyattanın imzaladığı əfv fərmanında yox idi.
Mənbə: Milli.Az