ABŞ-da və Kanadada 500 mindən çox ev və ofis binası elektrik enerjisiz qalıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb yağan güclü qar və buz yağışları olub. Son məlumatlara görə, pis hava şəraiti ucbatından ABŞ-da 17 nəfər həlak olub. Kanadada isə ölənlərin sayı 5 nəfərdir. Soyuq hava ötən həftə sonu ABŞ-ın şimal ştatları və Kanadanı əhatə edib. Miçiqan, İndiana, Ohayo və digər ştatlarda yollar bağlanıb. Kanadanın Toronto şəhərindən Nyufaundlendə qədər ərazidəki hava limanlarının fəaliyyəti dayanıb.
Mənbə: Milli.Az