Qadin.NET / Bu il Moskvadan beş mindən artıq qanunsuz miqrant qovulub

Bu il Moskvadan beş mindən artıq qanunsuz miqrant qovulub

 

Pristavlar bu il ərzində Moskvada məskunlaşmış təxminən beş min qeyri-leqal miqrantı Rusiya hüdudlarından kənara çıxarıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.Məlumatda deyilir: "2013-cü ilin əvvəlindən Moskvanın məhkəmə pristavları beş mindən artıq əcnəbi vətəndaşın məcburi şəkildə ölkədən çıxarılmasını həyata keçiriblər. Pristavlar tərəfindən ölkədən çıxarılan vətəndaşlar arasında səlahiyyətli orqanların həyata keçirdikləri geniş ictimai rezonans doğurmuş kompleks operativ-profilaktik əməliyyatlar zamanı saxlanılan qeyri-leqal miqrantlar olub".

Mənbə: Milli.Az

25 dekabr 2013
GO BACK