Qadin.NET / Aleksandr Samedov: "Azərbaycan mənim vətənim deyil"

Aleksandr Samedov: "Azərbaycan mənim vətənim deyil"

 

"Azərbaycan mənim yox, atamın vətənidir". Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Aleksandr Səmədov deyib.Moskva “Lokomotiv”inin şərəfini qoruyan yarımmüdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin Bakıda keçirilən oyununu xatırlayıb. O, yığmamızla 1:1 hesabı ilə başa çatan qarşılaşmanın baş məşqçinin qəzəbinə səbəb olduğunu gizlətməyib: “Millinin baş məşqçisi Fabio Kapellonu neçə dəfə qəzəbli görməyim və bunun təfərrüatı soyunub-geyinmə otağında qalmalıdır. Lakin Azərbaycan yığması ilə qarşılaşmadan sonra çalışdırıcı öz narazılığını aşkar şəkildə büruzə verdi. Bu narazılıq isə onda neçə oyun ərzində yığılıb qalmışdı. Həmin matçlarda ki, işimizi yaxşı yerinə yetirməmiş, son dəqiqələrdə qol buraxmışdıq. Ardıcıl 2 dəfə - Lüksemburq və İsraillə matçlarda belə olmuşdu. Bütün bunlar Bakıda təkrarlananda isə Kapello deməyə çox söz tapdı”.Qeyd edək ki, Rusiya millisi Bakıda 2 xal itirsə də, DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanıb. 

Mənbə: Milli.Az

25 dekabr 2013
GO BACK