Bir vaxtlar “Real” və “Barselona” kimi nəhəng klublarda çıxış etmiş Braziliya futbolunun canlı əfsanəsi Ronaldo Luis Nazario həmyerlisi Neymarla bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 37 yaşlı keçmiş hücumçu Neymarın “Barselona”da tarix yazacağını deyib:“Neymar böyük ulduz olacaq. Məncə, o, tarixi yenidən yazaraq, dünyadakı ən yaxşı braziliyalı futbolçular sırasına adını qızıl hərflərlə yazdıracaq. O, son dərəcə düzgün yolda irəliləyir, həm də nə etməli olduğunu yaxşı bilir. Belə də davam etməlidir”.Qeyd edək ki, 21 yaşlı forvard bu yay ölkəsinin “Santos” klubundan 57 milyon avro qarşılığında “Barselona”ya keçib.
Mənbə: Milli.Az