Britaniyada son 100 ilin ən güclü qasırğası nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb. Fransanı da qasırğa vurub.
La-Manşın hər iki sahilində təxminən 350 min ev işıqsız qalıb.Britaniyada yüzlərlə aviareys təxirə salınıb, qatarlar böyük gecikmələrlə hərəkət edir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qasırğanın tüğyan etdiyi bölgələrdə küləyin sürəti 150 km/saata çatır.Ölkənin bir çox yerlərində avtomobil yolları iflic durumundadır. Çaylar məcralarından çıxıb. Yollarla yanaşı, kəndlər və qəsəbələri də su basıb. Britaniya ilə Fransa arasındakı dəniz daşımaları dayandırılıb.Londondakı Qatvik hava limanında yüzlərlə aviareys təxirə salındığından minlərlə sərnişin Milad bayramını terminallarda keçirməli olub.
Qasırğa nəticəsində Şropşir, Kambriya, Şimali Uels, Nortumberlend, Kornuoll və Devonda həlak olanlar var."EasyJet" aviaşirkəti 83, "British Airways" isə 22 aviareysi təxirə salıbSomerset bölgəsində, Yovill şəhərində bir ailənin olduğu avtomobil daşqın nəticəsində batıb. Ata və onun 3 övladı həlak olublar.
Mənbə: Milli.Az