Qadin.NET / "Arxamda heç kim durmayıb"

"Arxamda heç kim durmayıb"

 

Qardaş Türkiyədə əslində nə baş verir? Hadisələrlə bağlı qardaş ölkənin ən zəngin iş adamlarından biri azərbaycanlı Mübariz Mənsimov münasibət bildirib. Mübariz Mənsimovun ANS-ə eksklüziv müsahibəsini təqdim edirik.“Palmali” şirkətlər qrupunun prezidenti, Mübariz Mənsimovun sözlərinə görə, rüşvət və qaçaqmalçılıqla bağlı saxlanılanlar barədə istintaq aparılır. "Əlbəttə ki, bunun Türkiyə üçün çox neqativ təsirləri var. Türkiyə iqtisadiyyatı 638 milyard türk lirəsi itirir. Nəticədə bu, hər kəsin cibindən çıxan puldur.Mən eşitməmişəm ki, bu məsələdə bir azərbaycanlı iş adamının adı çəkilsin. Bu gün istər Azərbaycandan, istərsə də digər dövlətlərdən gəlib qanun çərçivəsində Türkiyədə sərmayə qoyurlar.Mediada bəzi boşboğazlıq və cəfəngiyyatlar deyilir. Bu, açıq şəffaf medianın olmamasını göstərir. Rza Zərrabı mən ümumiyyətlə tanımıram. Heç bir iş ortağım olmayıb, ola da bilməz. Səhv adama böhtan atırlar, mən bu işin sonuna kimi gedəcəm”.İş adamının sözlərinə görə, "Palmali" nəinki Zərrabla, ümumiyyətlə qanunsuz heç bir işdə ola bilməz. ""Palmali"nin və Mübariz Mənsimovun yaşam tərzi bəllidir”. 

Mənbə: Milli.Az

25 dekabr 2013
GO BACK