Çində 2 yaşlı oğlan İnternet-lotereyada bir milyon dollar udub.Lent.az-ın İTAR-TASS-a istinadən məlumatına görə, mükafatı uşağın valideyni alacaq.Çinin cənubunda Quançjou şəhərində olan 2 yaşlı oğlanın valideynləri klaviaturada ona rəqəm yığdırıblar. Uşağın təsadüfən basdığı düymələrin rəqəmləri onlara 1,03 milyon dollar (6,28 milyon yuan) qazandırıb.Ailə lotereya mərkəzindən mükafatı alıb.
Mənbə: Milli.Az