Qadin.NET / Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?

Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?

 

Bakı şəhərinin mərkəzinə ağır tutumlu yük maşınlarının girişi qadağan olunsa da, bəzən buna məhəl qoyulmur. Milli.Az-ın məlumatına görə, şəhərin mərkəzi və insanların çoxluq təşkil etdiyi yerlərdə ağır tutumlu yükdaşıyan maşınlara rast gəlinir. Belə qanun pozuntularından birinə paytaxtın mərkəzi “Neftçilər” prospektində rast gəlinir. Günün pik saatında həmin prospektlə bir-birinin ardınca iki betonqarışdıran maşın şütüyür. Bakı Şəhər Yol Polis İdarəsindən Milli.Az-a bildirildi ki, yük maşınlarının hərəkəti yalnız təyin olunmuş marşrut üzrə həyata keçirilir. Əgər həmin yük maşınları strateji əhəmiyyətə malik tikintilərdə çalışırsa, onların hərəkətinə xüsusi buraxılışlarla icazə verilə bilər. Neftçilər prospektinə ağır tutumlu yük maşını giribsə, həmin avtomobilin sürücüsü inzibati qaydada məsuliyyətə cəlb edilir.İdarədən deyildi ki, əgər betonqarışdıran maşınları Neftçilər prospektində icazəsiz hərəkət edibsə, bu qayda pozuntusu kimi kameralarda qeydə alınıb.Onu da əlavə edək ki, paytaxt üzrə yük maşınlarının hərəkətinə yalnız gecənin qaranlıq vaxtı, yəni saat 20:00-dan 08:00-dək icazə verilir. Yük maşını dedikdə, kütləsi 5 tondan artıq yükgötürmə qabiliyyəti olan avtomobillər nəzərdə tutulur. Belə avtomobillərin paytaxtın mərkəzi küçələrinə hərəkəti yalnız təsdiq edilmiş xüsusi saat qrafiki üzrədir.
Mənbə: Milli.Az
25 dekabr 2013
GO BACK