Qadin.NET / Bəladan daha böyük bəlaya doğru və ya iqtidar naqis olarsa

Bəladan daha böyük bəlaya doğru və ya iqtidar naqis olarsa

 

Avropa Birliyi ölkələrinin dövlət və hökumət başçıları Rusiyaya qarşı sərt pressinqdə, deyəsən, sözdən işə keçirlər. Onlar 2014-cü ildə Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etmək niyyətində olduqlarını dolayı yolla və ya aşkar şəkildə bildirirər.Məsələn, artıq bəllidir ki, Fransa prezidenti Fransua Olland Soçi Olimpiadasının təntənəli açılış mərasimində iştirak etməyəcək. Avropa Birliyinin ən nüfuzlu məmurları, Almaniya prezidenti və o cümlədən Almaniyanın kansleri Angela Merkel də mərasimə qatılmayacaqlar.Bu situasiya 1980-ci ildəki Moskva Olimpiadası ilə bağlı vəziyyəti xatırladır. 1979-cu ildə Əfqanıstana sovet qoşunları yeridildiyi üçün Qərb bu Olimpiya Oyunlarını boykot etmişdi.Təbii, Soçi məsələsi bir qədər fərqlidir və Avropa Birliyi dövlətləri bu Olimpiya Oyunlarına, ümumiyyətlə, komandaları göndərməmək məsələsini nəzərdən keçirmirlər.Moskva Olimpiadasında total boykot vardı, yəni ABŞ və Avropa sabiq Sovetlər Birliyinin paytaxtına komandaları da yollamamışdılar. Lakin indi söhbət rəsmi nümayəndə heyətləri səviyyəsində boykotdan gedir.1984-cü ildə isə ABŞ-ın Los-Anceles şəhərində Yay Olimpiya Oyunları keçirildi və Moskva ilə yanaşı, SSRİ-nin satellitləri olmuş sosialist ölkələri də amerikalıları boykot etdilər.Sovetlər Birliyi dağılandan bəri Qərb ilə Rusiya arasındakı münasibətlərə gəldikdə isə, onlar indi bəlkə də ən gərgin həddə çatıb.Ukraynadakı situasiya buna səbəbdir və ya Kiyevdəki nümayişlər gərginliyin nəticəsidir - hələlik dəqiq bilinmir.Qarşıdurmada ən çox zərbə alan ölkələrdən biri, bəlkə də birincisi isə Ermənistandır.Ermənistan hazırda Cənubi Qafqazda iki rəqibin - Qərb ilə Rusiya arasındakı qarşıdurmanın cəbhə xəttinin keçdiyi məkana çevrilib.Bu xəttin passiv və ya aktiv olması əsla şərt deyil.Əsas odur ki, prezident Serj Sarkisyanın idarə etdiyi ölkə çox böyük sürətlə geosiyasi bataqlığa doğru gedir.Yerevandakı hakimiyyət ölkənin təhlükəsizliyinin təminatı və maraqlarının reallaşdırılmasını yox, yalnız öz mənafeyinin qorunmasını düşünür.Sarkisyan rejimi bütünlüklə Moskvadan asılı olduğundan manevr imkanlarını bilmərrə itirib və Rusiyanın bölgədəki situasiyanı bilərəkdən gərginləşdirdiyi bir zamanda şimaldakı "sahib"inin göstərişlərinə əks istiqamətdə hərəkət edə bilmir.Qərb Ermənistana hələlik "yalnız" yaxşı münasibətlər, sıx əlaqələr, inkişaf və dinamika təklif edir. Ermənistanda çalışan və səfərdə olan qərbli diplomatlar indiyədək dəfələrlə bildiriblər ki, istədikləri, sadəcə, Yerevanla normal münasibətlərin olmasıdır: çünki bu, Qərbin maraqlarına bilavasitə cavab verir.Moskva isə Ermənistanı Qərblə qarşıdurmaya sürükləyir, Yerevandan tam itaət və mütilik tələb edir. Yerevandakı hakimiyyət isə legitim olmadığından, Serj Sarkisyan seçkilərin nəticələrinin saxtalaşdırılması yolu ilə iqtidarda qaldığından təbii ki, Rusiyanın tələblərini erməni hakimiyyəti sözsüz, şəksiz yerinə yetirir.Bəs yaxşı, Ermənistanda hakimiyyət legitim olsaydı və yaşanan situasiyalarda Yerevan bir qədər fərqli hərəkət imkanları qazansaydı, Rusiyanın reaksiyası necə olacaqdı? Rusiyanın Ermənistana təsir imkanlarının indi yox, çox uzun illər boyu formalaşdığını nəzərə alsaq, ermənilərin nə zamansa Moskvanın siyasi boyunduruğundan qurtulma şansları varmı?
Çətin.Ermənistanın durumu o qədər ağırdır ki, Yerevanda hətta açıq və şəffaf seçkilər nəticəsində hakimiyyətə gəlmiş qüvvə olsaydı belə, Moskvanın əsarətindən qısa müddətdə çıxmaq, Qərblə normal əlaqələr quraraq avrointeqrasiya yolunu seçmək asan olmayacaqdı. Hadisələrin belə məcrada inkişaf edəcəyi təqdirdə həmin iqtidar mütləq şəkildə devriləcəkdi və bundan əvvəl isə o, Rusiyanın çeşidli sanksiyaları ilə qarşılaşacaqdı.Bu, Serj Sarkisyan rejiminin fəaliyyətinə heç bir halda haqq qazandırmır. Dövlət maraqlarının və suverenitetinin başqa ölkəyə qurban verilməsi, Ermənistanın Rusiyanın quberniyası halına gətirilməsirnə nə iləsə bəraət qazandırmaq mümkün deyil. Bütün bunlara nə zamansa hüquqi qiymət veriləsidir və veriləcək.Məsələ Sarkisyanın və onun cinayətkar rejiminin gələcək taleyi yox, Ermənistanın bir müddət sonra üzləşəcəyi problemlərdir.Serj Sarkisyan hakimiyyətdə qalmaq, devrilmək təhlükəsindən qurtulmaq və yaxın vaxtlarda xalqın qəzəbinə tuş olmamaq üçün Rusiyanın bütün tələblərini yerinə yetirir. Həmin tələblərin əksəriyyəti artıqlamasıyla təmin olunub.Məsələn, Ermənistanın sərhədlərinin qorunması və dövlət təhlükəsizliyinin Rusiya hesabına təmin olunması, habelə "ArmRosQazprom"un səhmlərinin bütünlüklə Moskvaya satılaraq ermənilərin Rusiyadan idxal olunan təbii qazdan tam asılı vəziyyətə düşməsi kimi.Serj Sarkisyanın dəstəsi hakimiyyətdən uzaqlaşandan, onun yerinə demokratik qüvvələr gələndən sonra belə, Ermənistanın problemləri bitən deyil. Əksinə, Yerevandakı legitim hakimiyyəti təhlükəsizliyin təminatı və təbii qaz idxalına əsaslanacaq həddən artıq ciddi problemlər gözləyir.Ermənistanın əsarətdə qalması Rusiyanın bölgədəki həyati maraqları çərçivəsindədir. Həmin maraqlar Yerevanın həmişə Moskvaya uyğun və əlverişli istiqamətdə qərarlar verməsini ehtiva edir.Moskvanın maraqları isə həmişə ermənilərin mənafelərinə zidd olub, amma Ermənistan kölə durumda olduğundan şimaldakı ağasına boyun əymək məcburiyyətində qalıb və indi də belədir.Ona görə də Ermənistanda hakimiyyət legitim olarsa və qərbyönlü siyasət yürütmək fikrinə düşərsə, çox sərt, ağır hərbi-siyasi və iqtisadi sankisyalarla üzləşəcəyi şübhəsizdir.Bəla da budur ki, Ermənistanda Rusiyanın təzyiqlərinə və siyasətinə müqavimət resursları məsələsi müzakirə olunmur. Müxalifətin qəflət yuxusu, özlərini "demokratik liderlər" adlandıranların xəyanət kursu davam edərsə, problem həllini tapan deyil. Cəmiyyət onu gözləyən çətinliklər və çağırışların öhdəsindən gəlmək üçün görüləsi işlər, yürüdüləsi siyasətin konsepsiyasını hazırlayacaq qüvvəyə ehtiyac duyur.Rusiyanın Ermənistandakı mövcudluğunun obyektiv və subyektiv şərtlərinin hesablanması, ölkəni Moskvanın əsarətindən qurtarmaq üçün insanları birləşdirəcək addımların hazırlanması indi erməni müxalifətinin qarşısında duran əsas məsələlərdən biri olmalı halda, belə deyil.Çağırış və risklərin dəqiq hesablandığı müqavimət strategiyasının olmadığı təqdirdə Ermənistan cəmiyyətinin bundan sonra da qurban rolunda qalması davam edəcək.Ermənilər isə Serj Sarkisyandan sonra Moskvanın yeni marionetkasının iradəsi altında qalmalı olacaqlar.Çıxış yolu Ermənistanda legitim hakimiyyətin formalaşması təki aktual problemin həlli yollarının aranması ilə yanaşı, müqavimət konsepsiyasının formalaşmasıdır.Normal, yəni arzu olunan nəticə bu iki məqamın birləşməsi nəticəsində əldə oluna bilər. Ayrı-ayrılıqda isə həmin məqamlar, sadəcə, nəticənin müvəqqəti xarakterli olmasına gətirəcək.
Mənbə: Milli.Az
25 dekabr 2013
GO BACK