Qadin.NET / "Rüstəm İbrahimbəyovun siyasətə qoşulmağının məntiqi anlamı yoxdur"

"Rüstəm İbrahimbəyovun siyasətə qoşulmağının məntiqi anlamı yoxdur"

 

Rüstəm İbrahimbəyov sonuncu müsahibəsində AXCP və Müsavatla bağlı fikirlərini açıqlayıb. O deyib ki, bu partiyaların üzvlərinin çoxu keçmiş kommunist partiyasının üzvləridir.Bu sözlər adıçəkilən partiyalarda söz-söhbətlərə səbəb olub. Milli.Az-a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyir ki, Rüstəm İbrahimbəyovun AXCP və Müsavat üzvlərini keçmiş kommunist adlandırmasına qarşı düşərgədən çox sərt reaksiya verildi. Əslində iki tirəlik yarandı. Müsavatçılar bu məsələyə çox sərt reaksiya verdilər. Əli Kərimlinin tərəfdarları isə İbrahimbəyovu bu məsələdə müdafiə etməyə çalışdılar. "Rüstəm İbrahimbəyov onlara xatırlatmaq istəyib ki, onlar da totalitar düşüncənin içərisindən çıxıblar. Onlar da vaxtilə məhz kommunist partiyasının siyasətinin həyata keçirilməsində iştirak edən adamlardır. Onların təfəkkürü də bir çox hallarda çağdaş dövrə adaptasiya ola bilmədiyi üçün həmin şüurdan qaynaqlanan addımları atırlar", - o əlavə edib. Bununla belə, Mirzəbəyli onu da əlavə edib ki, Rüstəm İbrahimbəyovun bu açıqlamalarına şərh vermək çətin məsələdir. Çünki onun indiyə qədər verdiyi açıqlamaların da, ümumilikdə siyasətə qoşulmağının da məntiqi anlamı yoxdur.

Mənbə: Milli.Az

25 dekabr 2013
GO BACK