Qadin.NET / Hava haqqında - 25.12.2013

Hava haqqında - 25.12.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Temperatur gecə 1-4°, gündüz 6-11° isti, Bakıda gecə 1-3°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif qar yağacaq, duman olacaq. Temperaturun gecə 12-17° şaxta, gündüz 4-9° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 6-11° şaxta, gündüz 1-6° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur. Temperaturun gecə 0-5° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2-7° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal olunur. Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti isti olacaq.
Mənbə: Milli.Az

25 dekabr 2013
GO BACK