Smartcharge adlı yeni cihaz Grid & Switch sensor texnologiyasını tətbiq etməklə hazırlanıb. O, elektrik verilməsinin hansı səbəbdən – istifadəçinin söndürməsi və ya elektrik şəbəkəsindəki qəza ilə əlaqədar – dayandırıldığını təyin etmək qabiliyyətinə malikdir.Milli.Az ICTnews-a istinadən bildirir ki, Smart Charge-ın hazırlanmasında əsas məqsəd elektrik enerjisinin verilməsində nasazlıq yarandığı zaman mənzillərin mərkəzi şəbəkələr vasitəsilə işıqlandırılmasıdır.Yeni lampalar elektron idarəetmə sxemi və litium-ion akkumulyator batareyasının köməyilə tam avtonom rejimdə işləmək qabiliyyətinə malikdir. Avtonom müddət isə təxminən dörd saat davam edir. Yeni lampaların 2014-cü ilin aprel ayında satışa çıxarılacağı gözlənilir.
Mənbə: Milli.Az