Milad bayramına 2 gün qalmış Avropada pərakəndə satış biznesi əsl pik nöqtəsini yaşayır.Anspress yazır ki, Parisdə alıcılar hədiyyə siyahısının böyüklüyündə az-qala bir-birilə rəqabətə girir. Hər il bir qayda olaraq fransızlar bayram alış-verişini dekabrın son günlərinə saxlayırlar. Həftəsonu müştərilərin univermaqlara və ticarət mərkəzlərinə axınını bir zombi hücumuna bənzətmək olar. Məşhur univermaq “Qaleriz Lafayet”ə gün ərzində 200 minə yaxın alıcı gəlib. Bu normal həftəsonu qeydə alınan alıcı sayından azı 2 dəfə çoxdur. Tabletlərin və digər elektron qurğuların daha populyar olmasına rəğmən, parislilər mühafizəkarcasına, sevdikləri insanlara daha çox ənənəvi hədiyyələr, o cümlədən, kitablar, ətirlər, şirniyyat bağlamaları, geyimlər hədiyyə etməyə çalışırlar.“Deloyt” sosial sorğusuna görə, Milad Bayramı bazarlığına – həm hədiyyə həm də süfrə üçün ərzaq nəzərə alınmaqla, orta statistik fransız ailəsi 531 avro xərcləyir. Nə qədər qəribə olsa da, bu 2012-ci ilin xərclərindən 17 faiz aşağıdır.Almaniyada isə alıcılar builki Milad alış-veriş mövsümünə böyük ümidlər bəsləyirlər. Adı çəkilən ölkədə bu il bayramla əlaqədar ticarət dövriyyəsinin 80 milyard avronu ötəcəyi gözlənilir. Bu ötənilki rəqəmlə müqayisədə 1.2 faiz çoxdur. Həftəsonu Almaniya univermaqlarında qeydə alınmış alıcı fəallığı hələlik bu ilin pik nöqtəsi olub. Bununla belə pərakəndə satış asossiasiyası olan Handelzverband Döyçlənd 2013-cü il üçün fərqli proqnozlar verib. Son rəqəmlər bazar ertəsi və çərşənbə axşamı ediləcək alış-verişin ümumi məbləğindən asılı olaraq dəyişəcək. Bir çox alman alıcılar dünən bayram azuqəsi almağa üstünlük verib. Yerli qəssablardan olan Ramon Şenk milad bayramında donuz əti və mal ətinin ən çox satılan ət məhsulu olduğunu bildirib.
Mənbə: Milli.Az