Əfqanıstan infrastruktur layihələri və təhlükəsizliyin təmin olunması üçün Rusiyadan yardım istəyir. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Assambleyasının aşağı palatasının sədri Əbdül Rauf İbrahimi Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü zamanı deyib.Ölkələrimiz arasında münasibətlər dərin tarixə malikdir. Əfqanıstanın müstəqillik qazandığı gündən Rusiya bizə iqtisadi, təhlükəsizlik və mədəniyyət sahələrində yardım edib", - o qeyd edib.Onun sözlərinə görə, Əfqanıstan iqtisadiyyatı dünya iqtisadiyyatından asılıdır. Bu da əhalinin sosial tələbatlarının təmin olunmasını məhdudlaşdırır. Əhalinin gəlirlərinin artması üçün infrastruktur layihələri tələb olunur. "Biz Rusiyadan xahiş edirik ki, insfrastruktur layihələrində, yarıpmçıq qalmış dağ-mədən sənayesində bizə yardım etsin", - Əfqan siyasətçi əlavə edib.
Mənbə: Milli.Az