Dekabrın 25-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin ("Azal") beynəlxalq uçuşlarında əl yükünün daşınması normasında dəyişiklik həyata keçirləcək. QSC-dən APA-ya verilən məlumata görə, dəyişikliklər nəticəsində "ekonom" sinifli sərnişinlər üçün əl yükünün təyyarə salonuna keçirilməsinə icazə verilən çəkisi 5 kq-dan 8 kq-dək, "biznes" sinfi sərnişinləri üçün isə 10 kq-dan 15 kq-dək artırılır (2 yer). Qeyd edək ki, sərnişinlərin əl yüklərinin (baqajlarının) ölçüləri icazə verilən 115 sm (55x20x40) ölçülərdən artıq olmamalıdır.
Mənbə: Milli.Az