Qadin.NET / İnternet reklamına nə qədər pul xərclənib?

İnternet reklamına nə qədər pul xərclənib?

 

İnteraktiv Reklam Bürosu və Pricewaterhouse Coopers auditor şirkətinin birgə hesabatına əsasən, ABŞ-da cari ilin üçüncü rübündə onlayn reklama sərf olunan xərclər 10,7 milyard dollar təşkil edib.Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən illə müqayisədə onlayn reklama sərf olunan xərclər 15%, bu ilin ikinci rübü ilə müqayisədə isə 4,2% artıb.Araşdırma müəllifləri vurğulayırlar ki, ABŞ-da onlayn reklama sərf olunan xərclər artıq bir neçə ildir sabit şəkildə artır. Son məlumatlara əsasən, onlayn reklam marketinq siyasətinin əsas istiqamətlərindən biridir – İnteraktiv Reklam Bürosunun baş vitse-prezidenti Şerill Meyn deyib.
Mənbə: Milli.Az
 
24 dekabr 2013
GO BACK