Qadin.NET / Youtube üçün də vergi kəsirlər

Youtube üçün də vergi kəsirlər

 

Youtube üçün də vergi kəsirlər
Fransanın ali audiovizual vasitələr şurası (Le Conseil supérieur de l’audiovisuel, CSA) təklif edir ki, YouTube və Dailymotion video serveri üçün xüsusi vergi tətbiq olunsun. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "tələb əsasında audiovizual media xidmətlər" üzrə daxili bazar araşdırıldıqdan sonra belə bir təklif irəli sürülüb. Şura üzvlərinin sözlərinə görə, YouTube və Dailymotion Fransanın və bir çox digər ölkələrin media şirkətləri tərəfindən kommersiya məqsədləri üçün istifadə olunur. Şirkətlər bu videohostinqlər vasitəsi ilə öz proqramlarını, filmlərini və musiqi kliplərini yayımlayırlar. Bundan əlavə Youtube özü də fransalı tamaşaçıların hesabına pul qazanır. "YouTube və Dailymotion kimi platformalar artıq uzun zamandır ki, Fransanın kontent istehsalçıları ilə əməkdaşlıq edirlər və reklam gəlirlərinin bir hissəsini özlərinə götürürlər. Bu səbəbdən də belə bir fəaliyyət növünə vergi tətbiq etmək məqsədəuyğun olardı", - şura üzvü qeyd edib. 

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK