Qadin.NET / Tanış olun: dünyanın ən yaşlı insanı odur

Tanış olun: dünyanın ən yaşlı insanı odur

 

Tanış olun: dünyanın ən yaşlı insanı odur
Heç bir xəstəlikdən şikayət etməyən Yekaterina Kozak 1897-ci ildə anadan olub Ukraynanın Prikarpatya bölgəsinin 116 yaşlı sakini Yekaterina Kozakdünyanın ən yaşlı insanı tituluna namizəddir. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Yekaterina Kozak uzun ömürlüyünün sirrini belə izah edib: “Mən yaxınlarımın qayğısına qalıram, hər gün dua edirəm və yalnız öz həyətimdə becərdiyimi yeyirəm. Sonra mən hamını sevirəm. Fikrimcə, bütün insanlar mehribandırlar”. Öz həyətyanı sahəsində çalışan və heç bir xəstəlikdən şikayət etməyən Yekaterina nənə 1897-ci ildə anadan olub. Qeyd edək ki, hazırda dünyada ən yaşlı hesab edilən insan Yaponiyada yaşayır. Ukraynanın UNİAN agentliyi isə hesab edir ki, 115 yaşı olanDziroemon Kimura Yekaterinadan iki ay kiçikdir.
Tanış olun: dünyanın ən yaşlı insanı odur

Tanış olun: dünyanın ən yaşlı insanı odur

Mənbə: Milli.Az
24 dekabr 2013
GO BACK