Qadin.NET / Yeni ilə keçmədən bunları edin

Yeni ilə keçmədən bunları edin

 

Psixoloqlar Yeni ilə yeni əhval ilə başlamaq üçün bəzi məsləhətlər verirlər. Yola saldığımız ilin son günlərində 12 ay ərzində baş vermiş xoş və qəmgin hadisələrin siyahısını hazırlayın. Evdəki lazımsız əşyaların hamısını atın. İş yerini dəyişmək, başqa şəhərə köçmək və başqa bu kimi radikal qərarlar qəbul etməyin. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Moskva şəhər psixoloji-pedaqoji universitetinin "Tibbi-psixoloji reabilitasiya" laborotoriyasının rəhbəri Viktoriya Bartsalkina hesab edir ki, ilin sonuna yaxın 12 ay ərzində baş verən hadisələrin "inventarizasiyasını" etmək lazımdır. "Bu tədbirlər psixoterapevtik cəhətdən çox yardımçı olur. Bir müddət özünlə tək qalıb pis emosiyalar verən küskünlük, qəzəb, qısqanclıq kimi hadisələri yada salmaq kifayətdir. Daha doğrusu, bu hadisələri tezislərlə yazmaq və yanında həmin hadisələrin yaratdığı neqativ hissləri qeyd etmək. Bu psixogigiyena effekti verir. Əgər biz hisslərimizi kağız parçasına köçürürüksə, onda həmin neqativ hissləri özümüzdən kənarlaşdırırıq", - o izah edib. Bartskalina qeyd edib ki, gündəlik tutmaq və məktub yazmaq lap qədimdən insanları nevrozdan xilas edib. Misal üçün, 19-cu əsrdə epistolyar janr dəbdə olarkən, bu cür xəstəliklər olmurdu. "İndi də bu istifadəsi lazımlı olan çox yaxşı psixotexniki üsuldur. Bunu etməklə neqativ emosiyaların yükündən azad olmaq mümkündür", - psixoterapevt əlavə edib. O, müsbət hadisələrin də - xoş hisslərlə, sevinc hissləri ilə yadda qalan hadisələrin  siyahısını hazırlamağı məsləhət görür.  "Bütün hədiyyələri yada salın. Maddi hədiyyələr vacib deyil. Lazımi məqamda deyilmiş sözlər, təbəssüm, yaxşı emosional vəziyyət. Həyatınıza pozitiv gətirən insanlara düşüncənizdə və ya kağıza köçürərək təşəkkür edin", - o vurğulayıb. Viktoriya Bartsalkina Yeni il qabağı iş yerini dəyişmək, başqa şəhərə köçmək və başqa bu kimi radikal qərarlar qəbul etməyi tövsiyyə etmir. "Bunu etmək lazım deyil. Bu birinci gündən yeni həyata başlamaq qərarı kimidir. Bu cür həyati əhəmiyyətli qərarları emosional affekt altında etmək lazım deyil. Bir qayda olaraq həmin qərarlar emosional şəkildə qəbul olunursa, düzgün qərarlar olmur". 

 

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK