ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenqarşısına qoyduğu missiyanı yerinə yetirilmiş hesab etdiyini açıqlayıb. APA-nın xəbərinə görə, bu barədə o, “The Washington Post” qəzetinə müsahibəsində deyib. E.Snouden bildirib ki, məxfi informasiyanı açıqlamaqla cəmiyyəti dəyişdirməyə çalışmayıb: “Sadəcə, ona şans vermək istədim ki, öz inkişaf yolunu müəyyənləşdirsin və bu məqsədimə çatdım”.
Mənbə: Milli.Az