Qadin.NET / Heyrətamiz su: -15 dərəcədə də donmur

Heyrətamiz su: -15 dərəcədə də donmur

 

Qrenlandiyada buzlaqların və buz təbəqəsinin əriməsi ötən 100 ildə dünya okeanında su səviyyəsinin yüksəlməsində önəmli rol oynayıb.Bu adadakı buz təbəqəsi 1992-2001-ci illərdə hər il orta hesabla 34 milyard tonluq hissəsini itirib.Milli.Az AHT-yə istinadən bildirir ki, həmin rəqəm 2002-2011-ci illərdə 215 milyard tona çıxıb.Alimlər əriyən suyun yönü, sürəti və axın istiqaməti ilə bağlı araşdırmalar aparırlar.Yeni tədqiqatlar əriyən suyun böyük qisminin qar və alt buz təbəqəsinin arasında yaranan kristallaşmış buzlaqlarda yığıldığını göstərir. Tədqiqat zamanı havanın temperaturu -15 dərəcə olsa da, axan su donmamışdı.ABŞ-dakı Yuta Universitetinin professoru Rik Fosterin dediyinə görə, həmin su qış boyunca Qrenlandiyadakı buzlaqlara yığılır."Həmin su qayaların altındakı boşluqlara yox, buz parçalarının arasındakı hava boşluqlarına yığılır. Buzlar altında yığılan suyun olduğu "anbar"ın sahəsi 70 min kvadrat kilometrdən artıqdır. Orada təqribən 140 milyard ton su var. Həmin suyun axın istiqamətini hələlik bilmirik. Suyun donmamasının səbəbi isə buzların üzərindəki qardır. Qar "termostatik örtük" effekti yaradaraq suyun donma nöqtəsindən də aşağı həddə donmamasına şərait yaradır", - Rik Foster söyləyib.

 

Mənbə: Milli.Az
24 dekabr 2013
GO BACK