Qadin.NET / Azərbaycanda mülayim hava şəraiti nə vaxta qədər davam edəcək?

Azərbaycanda mülayim hava şəraiti nə vaxta qədər davam edəcək?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında dekabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.Yaxın 2 gün ərzində Azərbaycan ərazisində mülayim və yağmursuz hava şəraiti hökm sürəcək.

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK