Qadin.NET / Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

 

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:"Cənab Prezident, əziz qardaşım,Doğum gününüzü türk xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.Dost və qardaş Azərbaycan son 10 ildə Sizin müdrik liderliyinizlə inkişaf sahəsində böyük irəliləyiş əldə etmiş və beynəlxalq arenadakı statusunu gücləndirmişdir.Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz üçün bənzərsiz sabitlik amilinə çevrilmişdir.Zati-aliləri, prezident seçkilərindən sonra 2013-cü il noyabrın 12-13-də ölkəmizə səfəriniz strateji əhəmiyyətə malik əlaqələrimizin daha da genişləndirilməsinə töhfə vermişdir.Zati-aliləri, əziz qardaşım, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm".

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK