Qadin.NET / "Təhsilin inkişafı məqsədilə verilən təkliflər nəzərə alınacaq"

"Təhsilin inkişafı məqsədilə verilən təkliflər nəzərə alınacaq"

 

Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində təhsil işçilərinin iştirakı ilə respublika üzrə "dəyirmi masa"ların keçirilməsinə başlayıb.Trend-in məlumatına görə, İsmayıllıda Heydər Əliyev Mərkəzində keçirilən "dəyirmi masa"da Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı, İsmayıllı, Qəbələ, Göyçay və Ağsu rayonunun təhsil işçiləri iştirak ediblər.Tədbirdə çıxış edən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiriCəsarət Valehov bildirib ki, bu, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində təşkil edilən ilk belə tədbirdir. Onun sözlərinə görə, belə "dəyirmi masa"lar bütün ölkənin regionlarını əhatə edəcək: "Bu gün əlamətdar gündür. Çünki düz iki ay əvvəl, oktyabrın 24-də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Biz çalışmalıyıq ki, bu müzakirələr canlı keçsin və hamımız üçün səmərəli olsun".Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov qeyd edib ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş bu sənəd çox əhəmiyyətli və son 20 ildə təhslin inkişafı üçün qəbul olunmuş ən mühüm sənəddir.O, bildirib ki, "dəyirmi masa"larda müzakirə edilən məsələlər və irəli sürülən təkliflər Təhsil Nazirliyi üçün çox böyük əhəmiyyət daşıyır: "Çünki həmin təkliflər təhsildə növbəti addımların atılmasında, sonrakı fəaliyyət dövründə nəzərə alınacaq".F.Qədirov qeyd edib ki, Azərbaycanda müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması vacib məsələdir: "Müəllim fəaliyyətinin qiymətləndirilməsi bu vaxta kimi pərakəndə şəkildə ayrı-ayrı məktəblərdə aparılıb. Amma ümumilikdə bu məsələyə münasibətdə sistemli yanaşma olmayıb. Biz bu məsələ barədə düşünməli, konkret və dəqiq addımları müəyyənləşdirməliyik".Şöbə müdiri qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda idarəetmə məsələrinə də müəyyən yer ayrılıb. Bunlara məktəb rəhbərlərinin seçimi, onların peşəkarlığının artırılması, onlara bu gün verilən tələblər, yerlərinin dəyişdirilməsi onların peşəkar bacarıqlara malik olması və s. məsələlər daxildir.Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovisə deyib ki, İsmayıllı rayonu ilk belə tədbir üçün təsadüfi olaraq seçilməyib: "Bu rayonda təhsildə yüksək nəticələr əldə olunub. Burada yaxşı məktəb, müəllimlər və şagirdlər var. İsmayıllı rayonunun qəbul və buraxılış imtahanlarında göstərdiyi nəticələr qənaətbəxşdir".Qeyd edək ki, 100-dək təhsil işçisinin iştirak etdiyi tədbirdə Dövlət Strategiyasında nəzərdə tutulan məsələlər, müəllimlərin inkişafı, müəllimlərin məktəblərdən ayrılmadan peşəkarlığının artırılması, müəllimlərin sertifikatlaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması, məktəb direktorlarına qarşı tələblər, onların rotasiyası və digər məsələlələr müzakirə olunur.

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK