Qadin.NET / Heydər Əliyev Mərkəzində "Fly to Baku. Müasir Azərbaycan İncəsənəti" sərgisinin açılışı olacaq

Heydər Əliyev Mərkəzində "Fly to Baku. Müasir Azərbaycan İncəsənəti" sərgisinin açılışı olacaq

 

Heydər Əliyev Fondu və "Baku" jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və bu günədək dünyanın altı ölkəsində nümayiş etdirilən "Fly to Baku. Müasir Azərbaycan İncəsənəti" sərgisi Bakıda, Heydər Əliyev Mərkzində təqdim ediləcək. Sərginin rəsmi açılış mərasimi dekabrın 27-də keçiriləcək.Mərkəzdən Trend-ə bildirilib ki, sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, videoart, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 100-dən artıq əsəri nümayiş etdiriləcək. Qeyd edək ki, əsərlərin əksəriyyəti məxsusi olaraq bu layihə üçün işlənilib.Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən "Fly to Baku" yerli sakinlərin böyük marağına səbəb olub.Layihənin ideya müəllifi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin kataloqu üçün yazdığı ön sözdə qeyd edib ki, sərginin təşkilində əsas hədəf insanların həyata baxısМ§ı, bədii-estetik muМ€nasibəti, təsəvvuМ€r və təxəyyuМ€luМ€nuМ€n muМ€xtəlifliyindən irəli gələrək fərqli cəhətlərə malik muМ€asir incəsənətin Azərbaycandakı inkisМ§afını duМ€nya ictimaiyyətinə təqdim etmək, eyni zamanda, muМ€asir incəsənət vasitəsi ilə Azərbaycanın buМ€tuМ€n sahələrdə necə nəhəng yuМ€ksəlisМ§ə nail oldugМ†undan soМ€hbət acМ§maq idi: "Bu guМ€n quМ€rurla deyə bilərik ki, biz bu missiyanın oМ€hdəsindən ugМ†urla gəldik. London, Paris, Berlin, Moskva, Roma, Vyana və nəhayət, Bakıda təsМ§kil etdiyimiz sərgidə insanların daxili aləminə nuМ€fuz etmək bacarıgМ†ı ilə muМ€xtəlif janrlarda maraqlı əsərlər yaradan sənətkarların emosional təsiri ilə fərqlənən, rənglərinin təzadı və oynaqlıgМ†ı, yaradılma texnikası ilə insanları valeh edən kompozisiyalarını, Azərbaycanın muМ€asir incəsənət duМ€nyasının bir hissəsini nuМ€mayisМ§ etdirdik. İnanıram ki, Azərbaycanın müasir incəsənətinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərən bu sərgi ənənələrlə zəngin Azərbaycan incəsənətinə yeni töhfələr verdi"."Fly to Baku. Müasir Azərbaycan İncəsənəti" sərgisinin kuratoru Erve Mikaeloff isə bildirib ki, bu layihə izləyicilərə Azərbaycanın yeni yaranan və boМ€yuМ€k perspektiv vəd edən muМ€asir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir.Qeyd edək ki, "Fly to Baku" layihəsinin Heydər Əliyev Mərkəzində təşkil olunan yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcək.

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK