Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün yeni salınmış 25 beşmərtəbəli yaşayış binasından ibarət köçkün şəhərciyinin açılış mərasimi keçirilib.Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edib.Mərasim iştirakçıları ərazidə aparılan tikinti işləri, xidmət sahələri, Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni inzibati binası, Mədəniyyət evi və köçkün ailələrinə verilən mənzillərlə tanış olublar.Şəhərciyə işğal olunmuş 9 rayondan didərgin düşmüş 1500 ailə (6700 məcburi köçkün) köçürüləcək.Qeyd edək ki, şəhərciyin tikintisinə 2013-cü ilin mart ayından başlanılıb və tikinti işləri sentyabr ayında yekunlaşıb.
Mənbə: Milli.Az