Qadin.NET / Foqts: "Pul heç vaxt mənim üçün önəmli olmayıb"

Foqts: "Pul heç vaxt mənim üçün önəmli olmayıb"

 

“Pul heç vaxt mənim üçün önəmli olmayıb. Futbolçu olduğum dövrlərdə həmişə 4-5 illik müqavilələrə imza atardım. Başqa bir oyunçunun daha çox məvacib alması məni narahat etmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.Vətəni Almaniyada “Bild” nəşrinə danışan 67 yaşlı mütəxəssis uzun illər şərəfini qoruduğu Münhenqladbax “Borussiya”sının hazırkı durumunu dəyərləndirib. Foqts klubun doğru yoda olduğunu qeyd edib:“Bu, hələ son deyil. “Borussiya” xarici ölkələrdə də yaxşı tanınan klubdur. Bir sıra uğurlu transferlər həyata keçirilib. Komandanın bütün cəbhələrdə inamla mübarizə aparması köhnə “Borussiya”nın fəlsəfəsini xatırladır”.Qeyd edək ki, Berti Foqts futbolçu karyerası ərzində yalnız “Borussiya”nın şərəfini qoruyub. O, Münhenqladbax təmsilçisinin heyətində 419 oyun keçirərək, 32 qola imza atıb. 

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK