Qadin.NET / Bakı metrosunda əsaslı təmir edilmiş 5 vaqon istifadəyə verilib

Bakı metrosunda əsaslı təmir edilmiş 5 vaqon istifadəyə verilib

 

Bakı Metropoliteninin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Tbilisi elektrik qatarlarının təmiri zavodunda yenilənmiş vaqonlar haqqında danışan "Nərimanov" elektrik deposunun baş mühəndisi Bağır Bağırov qeyd edir ki, bu qatar tərkibi 25 ildən artıq idi, xətlərdə istismar olunurdu.Müasir dövrdə fərqli vaqonların istehsalı ilə əlaqədar onlara qulluq xeyli çətinləşmişdi, ehtiyat hissələri tapmaq çətinləşmişdi. Əsaslı təmir zamanı vaqonların modernləşdirilməsinə məhz bu səbəbdən xüsusi diqqət yetirildi.Mütəxəssisin sözlərinə görə, təmirlə bağlı danışqlar aparılarkən, metropoliten rəhbərliyi, əsasən, işçi hissələrin müasirləşdirilməsinə diqqət etməyi mütəxəssislər qarşısında vəzifə kimi qoymuşdu.Yeniliklər arasında əsas vəzifəsi sərnişin salonunu işıqlandırmaq və akkumulyator batareyalarını doldurmaq olan akkumulyator yığıcıları və qidalanma blokunu qeyd etmək olar. Bunlar yeni nəsil istehsalı olduğundan qulluğu və istismarı xeyli sadələşməklə yanaşı, həm də asanlaşıb.Sərnişinlərin diqqətini çəkən əsas dəyişiklik bu sistemlərin təsiri ilə qatarın səs-küyününün xeyli azalmasıdır. Təmirin keyfiyyətinə nəzarət etmək üçün bir neçə dəfə Tbilisiyə səfər etmiş depo rəisinin istismar üzrə müavini Akif Əhmədov deyir ki, dəyişdirilən avadanlıq və detalların dünyanın aparıcı müəssisələrinin istehsalı olmasına və standartlara cavab verməsinə də xüsusi diqqət edilib. Əksər detallar dünyada tanınan Qərbi Avropa ölkələrinin məhsuludur.2013-cü ildə metropoliten üçün ən əhəmiyyətli hadisələr sırasında modernləşdirilməklə 10 vaqonun əsaslı təmir edilərək xəttə buraxılması da yer alacaq. Müstəqillik dövründə metropolitenin fəaliyyətinin və bu xüsusda vaqon parkının yeniləşdirilməsinin vacibliyinə xüsusi diqqət yetirmiş ulu öndər Heydər Əliyevin 90 illiyinin qeyd edildiyi mayın 10-da ilk 5 belə vaqon xəttə buraxılmışdı.

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK