ABŞ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın diplomatik nümayəndəliklərin ölkənin daxili işlərinə qarışmamaları barədə bəyanatından sonra Ankara ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Trend-in məlumatına görə, bu barədə "Hürriyət" qəzeti Ağ Evdəki mənbəyə istinadən xəbər verib.Nəşrin yazdığına görə, bununla yanaşı, Ağ Ev Türkiyə baş nazirinin bu bəyanatından narazıdır.Bir müddət əvvəl Türkiyənin baş naziri xarici diplomatik missiyaların nümayəndələrini ölkənin daxili işlərinə müdaxilə etməməyə çağırıb.Onun sözlərinə görə, əgər xarici diplomatik missiyaların nümayəndələri bundan sonra da ölkənin daxili işlərinə müdaxilə etsələr, onda məsələni diplomatik səviyyədə həll etmək və səfirləri ölkədən çıxartmaq lazım gələcək.
Mənbə: Milli.Az