Qadin.NET / "Heç vaxt onların baş məşqçisi olmaram"

"Heç vaxt onların baş məşqçisi olmaram"

 

İtaliyalı baş məşqçi Paolo di Kanio ölkəsinin “Latsio” klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 45 yaşlı mütəxəssis bu xəbərləri yalanlayıb.Di Kanio “Latsio”nun prezidenti Klaudio Lotito rəhbərlikdə olduqca bu keçidin heç vaxt baş tutmayacağını deyib: “Mən “Latsio”ya baş məşqçilik etmək istəyirəm? Lotito orada prezident olduğu müddətcə bu keçid baş tutmayacaq. Bu məsələ “Latsio” ilə bağlı deyil. Mən Lotitonu sevmirəm”.Qeyd edək ki, di Kanio cari ilin mart ayında İngiltərə təmsilçisi “Sanderlend”də çalışmağa başlasa da, uğursuz nəticələr qazandığına görə sentyabrda vəzifəsindən qovulub. 

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK