Qadin.NET / Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?

 

"Abituriyent" jurnalının 2014-cü il 1 saylı buraxılışının yanvar ayında nəşr olunması nəzərdə tutulur.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, jurnalın həmin sayında ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları və qəbul proqramları, bütün imtahan fənləri üzrə həm qapalı, həm də açıq tipli test tapşırığı nümunələri, həmçinin həmin nümunələrin düzgün cavabları və abituriyentlər üçün digər bir sıra zəruri materiallar təqdim olunacaq.

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK