Kambriyadakı Emblsayd, Uelsdəki Qvineda, Nortumberlenddəki Bervik və Kornuolldakı Bolventor... Bu şəhərlərin hər birində bir nəfər həlak olub.İngiltərə və Uelsin əksər bölgələrində daşqın, sel və qasırğa ilə bağlı xüsusi rejim elan olunub. Dünən ölkənin əksər yerlərində leysan yağışları və güclü küləklər olub.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 220 bölgədə sel və daşqın təhlükəsi var.Bir sıra bölgələrdə küləyin sürəti 120 km/saata çatır. Qasırğa və tufanlar 8 min evi işıqsız qoyub. Yerli hakimiyyət dairələri daha minlərlə evin işıqsız qalacağını istisna etmirlər. Situasiyanı leysan yağışları daha da ağırlaşdırır.Milad bayramı öncəsində milyonlarla britaniyalı bayramı qarşılamaq üçün qohumlarının yanına yollandığı üçün adi günlərdən fərqli olaraq bu gün yollarda 13 milyon avtomobil çox olacaq.Britaniya paytaxtı Londonda güclü yağış yağır. Şəhərdə nəqliyyatın hərəkəti çətinləşib.Kral Dəmiryol Şirkəti sərnişinlərə "bütün qatarlardan yararlanmağı" məsləhət görüb, çünki bir çox istiqamətlərdə qatarların sürəti minimuma endirilib.Şotlandiyada isə havalar lap pisləşib. Güclü yağışlar qar tufanları, çovğun və boranlarla əvəzlənib."Bu bayram bizə haram oldu. Valideynlərimin yanına getmək istəyirdim, alınmadı", - Kornuoll sakini Devian Bitli deyib.
Mənbə: Milli.Az