Onun sözlərinə görə, Prezident İlham Əliyevin sayəsində Azərbaycan daxili siyasətdə, o cümlədən ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasında böyük uğurlara nail oldu və ölkənin illik iqtisadi artımı 20 faiz səviyyəsindədir ki, bu da dünya rekordu hesab edilir: "Bundan başqa, təhsil və səhiyyə sahələrinə böyük həcmdə sərmayələr yatırılır".R.Sübhani qeyd edib ki, yeni iş yerlərinin sayının mütəmadi artımı İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir və bir çox azərbaycanlı hazırda özəl sektorda çalışır."Caspian Group Holdings" şirkətinin baş direktoru bildirib ki, dövlət başçısının xarici siyasətdə ən böyük nailiyyəti Azərbaycanın hazırda dünyada formalaşan müsbət obrazıdır: "Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən dinamik inkişaf edən, açıq, tolerant və mütərəqqi ölkə kimi qəbul ediilir. Şübhəsiz ki, bu, Prezident İlham Əliyevin siyasəti sayəsində baş verir".Onun sözlərinə görə, Qərb hazırda Azərbaycana enerji sahəsində etibarlı tərəfdaş kimi baxır: "İlham Əliyev ölkəni Xəzər regionundan enerji resurslarının ixracatı mərkəzinə çevirməyi bacardı. Azərbaycan özünün sabit dövlət imici sayəsində investisiyalar üçün cəlbedici ölkəyə çevrildi".R.Sübhani vurğulayıb ki, İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində xidməti ondan ibarətdir ki, o, Azərbaycan üçün bu münaqişəni sülh yolu ilə həll etmək, lakin zərurət yaranacağı təqdirdə güc tətbiq etmək imkanını saxlayıb.Şirkətin baş direktorunun fikrincə, Prezident İlham Əliyevin siyasəti sayəsində ölkənin Azərbaycan cəmiyyətinin həyatının əsas prinsiplərindən biri olan dini tolerantlıq ənənələrinə sadiq qalması Azərbaycan və ümumilikdə bütün region üçün vacib müsbət faktordur: "Xalq, eyni zamanda, İlham Əliyevə ona görə səs verdi ki, o, müsəlman ölkəsi olan Azərbaycanın dünyəvi ölkə ola biləcəyini və burada dinin ehkam olmadığını əyani şəkildə sübut edə bildi".R.Sübhaninin sözlərinə görə, Azərbaycan Prezidentinin siyasəti 70 ildən artıq müddət ərzində kommunist ideologiyasının təsiri altında yaşamış Azərbaycan xalqının milli özünüdərkinin artmasına şərait yaratdı: "Bu, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti, musiqisi, tarixi və irsinin dünya arenasında təbliği üzrə səyləri sayəsində mümkün olub".
Mənbə: Milli.Az