Qadin.NET / Sin R1 dəyişir

Sin R1 dəyişir

 

Autosport International beynəlxalq festivalında Sin R1 az seriyalı superkarın yol versiyası ilk dəfə debüt edəcək. Avtomobil Almaniyanın Sin Cars GmbH və Britaniyanın ProFormance Metals Ltd şirkətlərinin birgə səyləriylə hazırlanıb. Milli.Az 4charx.com-a istinadən bildirir ki, R1 standart sxem üzrə yığılıb: avtomobil öz istehsalı olan 525 a.g. hasil edən 6,2 litr həcmli V8 güc konstruksiyası ilə təchiz edilib. Müəlliflərin sözlərinə görə, avtomobilin maksimal surəti saatda 320 kilometrə çatır və ilk yüzü cəmi 2,5 saniyə ərzində yığır. Superkarın benzin bakının forması Formula 1 bolidlərindən götürülüb. Bundan başqa, maşın yarış əyləcləri və 19 düymlük disklərlə lovğalana bilər. Superkar məhdud seriya ilə buraxılacaq və dəyəri 100 000 dollar ətrafında olacaq.

 

Mənbə: Milli.Az
24 dekabr 2013
GO BACK