Sell Cell analitik şirkətinin məlumatına görə, 2013-cü ildə amerikalılar öz iPhone smartfonlarının yenilənməsinə təxminən 5.4 milyard dollar xərcləyiblər. Hesablamaya əsasən, iki il ərzində orta yenilənmə qiyməti 151 dollar təşkil edib. Milli.Az ICTnews-a istinadən bildirir ki, ümumilikdə amerikalılar öz mobil parklarının yenilənməsinə il ərzində təxminən 11 milyard dollar xərcləyirlər və bu məbləğ tədricən artır. Pew Internet & American Life Project tərəfindən keçirilmiş tədqiqata əsasən, ABŞ-da smartfon sahiblərinin təxminən 50%-i mobil telefonlarını öz üzərində gəzdirirlər. Məlum olub ki, amerikalıların 30%-i öz həyatlarını smartfonsuz təsəvvür edə bilmirlər və 67%-i isə yeni mesaj gəlməsini yoxlayır.
Mənbə: Milli.Az