Qadin.NET / Bu gözəl xanım qəhrəman seçildi

Bu gözəl xanım qəhrəman seçildi

 

Leytenant Reyçel Uaşborn 2007-2010-cu illərdə "Filadelfiya İqls" (Philadelphia Eagles') klubunun çirlider qrupunun üzvü idi. ABŞ-ın Milli Futbol Liqasında (NFL) oynayan komandanın ən məşhur və gözəl çirliderlərindən olan Uaşborn Dreksel Universitetində təhsili başa vurandan sonra Əfqanıstana, hərbi xidmətə yollanmışdı. Milli.Az "Filadelfiya İqls" klubunun rəsmi saytına istinadən bildirir ki, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentində qulluq edən Reyçel Uaşborn amerikalı hərbçilərin əfqan qadınlara qarşı hər hansı qaba, aqressiv davranışlarının qarşısını almaq, belə davranışlar olarsa, onların fəsadlarının aradan qaldırılması ilə məşğuldur. Ötən həftə o, qar fırtınası zamanı bir əfqan uşağı ölümdən xilas edib. 25 yaşlı Reyçel Uaşborn doğma komandası "Filadelfiya İqls"in "Çikaqo Birs"ə qarşı oynayacağı matçdan əvvəl Filadelfiya şəhərində olacaq. Onu arenada "Şəhərin qəhrəmanı" kimi təqdim edəcəklər.

 

Mənbə: Milli.Az
23 dekabr 2013
GO BACK