Qadin.NET / Ən əlverişli və əlverişsiz avtomobillər seçildi

Ən əlverişli və əlverişsiz avtomobillər seçildi

 

ABŞ bazarında satılan ən əlverişli yeni avtomobillər məlum olub. Hər il olduğu kimi müvafiq tədqiqat bazarda təqdim edilmiş istehlak mallarının keyfiyyətlərinin öyrənilməsində ixtisaslaşan Consumer Reports nəşrinin ekspertləri tərəfindən aparılıb. Milli.Az 4charx.com-a istinadən bildirir ki, Amerika bazarında satılan cəmi 200 yeni model testdən keçirilib. Qiymətləndirilmənin əsas parametri yalnız maşının nominal qiymətindən deyil, ənənə üzrə həm də ehtiyat hissələrinin dəyərindən, etibarlılıq reytinqindən, yol sınaqlarının nəticələrindən, həmçinin 5 il mülki istismar dəyərinin ilkin hesablamalarından formalaşır. Qalib ardıcıl olaraq artıq ikinci ildir ki, Toyota Prius hibridi seçilib və bazarda ən əlverişli təklif (Best New-Car Value) adlandırılıb. Ekspertlərin hesablamalarına görə, qiymətinin yüksək olmasına baxmayaraq bu avtomobil özünü olduqca etibarlı və qənaətcil nəqliyyat vasitəsi kimi tanıdıb. Nəticədə məlum olub ki, Prius-da bir mil məsafəyə getmənin dəyəri 47 sent təşkil edir. Digər ən əlverişli avtomobillərə gəlincə, ən yaxşıların siyahısında yapon modelləri üstünlük təşkil edir: Subaru Legacy, Toyota Avalon Hybrid, Lexus ES 300h, Mazda MX-5, Mazda 5, Subaru Forester, Nissan Murano və Honda Ridgeline. Premial marka krossoverlər arasında ən əlverişli olduğu etiraf edilmiş BMW X1 bu siyahıda tək istisnadır. Di gəl ən əlverişsiz malların arasında əsasən Amerika modelləri yer alıb: Ford Taurus, Chevrolet Camaro Convertible 2SS, Chrysler Town & Country, Ford Escape, Jeep Wrangler və Ford F-250 Lariat. BMW 7-Series, Nissan Altima və Nissan Armada bu siyahıda istisna təşkil edirlər ki, onlar da aid olduqları sinifdə ən pis hesab edilmişlər.

 

Mənbə: Milli.Az
23 dekabr 2013
GO BACK